Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan, Türkiyə və Türkmənistan arasında siyasi, iqtisadi və mədəni əlaqələr inkişaf etdirilir

0

  •        İndi dünyada baş verən siyasi proseslər hər bir ölkəni dünya dövlətləri ilə sıx təmasda olub normal münasibətlər yaratmağa sövq edir. Əlbəttə, dünyada gedən kəskin siyasi - iqtisadi böhran, Rusiya və Ukrayna arasında gedən şiddətli müharibə fonunda bütün bunlar təbii siyasi proseslərdir. Azərbaycan da dünyanın bir parçası olaraq bu proseslərdən kənarda qalmır. İllərlə torpaqları işğal altında qalan, bir milyon vətəndaşı öz ölkəsində köçkün vəziyyətinə düşmüş ölkəmizin digər ölkələrlə normal dövlətlərarası münasibətlər qurmağa daha çox ehtiyacı vardır. Azərbaycan, 30 ilə yaxın torpaqları düşmən işğalında qaldıqdan sonra müqəddəs bir savaş başladıb torpaqlarını işğaldan azad etdi. Torpaqları işğaldan azad etdiyi ilk gündən ölkəmiz, düşmən tərəfindən darmadağın edilmiş şəhər və kəndlərimizin bərpasına başlamışdır. İndi işğaldan azad edilmiş ərazilər nəhəng bir inşaat meydanını xatırladır. Hər yerdə infrastruktur bərpa olunur, paralel olaraq yaşıyış kompleksləri salınır. Bütün bunlar kənardan heç bir yardım almadan Azərbaycanın öz gücünə həyata keçirilir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Hazırkı məqamda ölkəmizi yalnız sülh və dinc quruculuq işləri maraqlandırır. Bunun üçün də dövlətlərarası münasibətləri bütün ölkələr ilə yüksək səviyyədə normallaşdırmaq lazım gəlir. Uzun illər qonşu xəyanəti ilə üz - üzə qalan Azərbaycan birinci növbədə qonşu və qardaş dövlətlərlə münasibətləri sahmana salmağa çalışır. Məhz buna görə də ölkə Başçısı cənab İlham Əliyevin qonşu Gürcüstana, qardaş Türkiyə və Orta Asiya dövlətlərinə mütəmadi səfərləri böyük tarixi əhəməiyyətə malikdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 14 dekabr 2022 - ci il tarixdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Türkmənistan respublikasına Azərbaycan, Türkiyə və Türkmənistan respublikaları Dövlət Başçılarının​ Birinci Sammitində iştirak etmək üçün səfər etmişdir. Səfər zamanı bir çox məsələlər müzakirə edilmiş, Azərbaycan və Türkmənistan arasında 6 sənəd imzalanmışdır. Eyni zamanda üçtərəfli görüş zamanı Azərbaycan, Türkiyə və Türkmənistan arasında siyasi, iqtisadi və mədəni inkişafın daha yüksək səviyyəyə qaldırılması barədə fikir mübadiləsi aparılmışdır. Dostluq və qardaşlıq şəraitində keçirilən görüşdə Türkmən qazının Azərbaycan və Türkiyə üzərindən Avropaya nəql olunması məsələsi də müzakirə edilmişdir.​ ​Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da çıxışı zamanı Bakı - Tbilisi - Ceyhan neft kəmərinin, Bakı - Tbilisi - Qars dəmiryolunun, Bakı -Ərzurum qaz kəmərinin region dövlətləri üçün iqtisadi səmərəsindən danışdı. Sammitin yüksək dostluq və qardaşlıq şəraitində keçməsi bir daha sübut etdi ki, dövlətlərarası münasibətlərin möhkəm olması hər bir dövlət üçün olduqca böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ermənistan tərəfindən əngəllənməyə çalışılan Zəngəzur dəhlizinin də region ölkələri, eləcə də dünya üçün əhəmiyyətindən danışdı. Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci sammiti onu göstərdi ki, qonşu dövlətlərin dostluq və əmin - amanlıq şəraitində yaşaması bütün dövlətlərin iqtisadi inkişafına da önəmli​ töhfələr verəcəkdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ələddin Əhmədov​,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib28 dəfə
    Azərbaycan Türkiyə Türkmənistan arasında siyasi iqtisadi mədəni əlaqələr inkişaf etdirilir

    Maraqlı gələ bilər
    88
    52
    30
    31
    50